Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Napoli” qış transfer dönəmində futbolçusu Zambo Anqissa ilə yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi klubun yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
30 yaşlı futbolçu Neapol təmsilçisindən illik 6 milyon avro maaş tələb edib. Klub isə daha az məvacibə yeni sözləşmə imzalaya biləcəklərini bildirib.
Anqissaya Türkiyədən təkliflər var. Yarımmüdafiəçi özü də Super Liqa klubuna keçməyə müsbət yanaşır.
Zambu bu mövsüm 6 oyunda 1 qol vurub.