“Napoli”nin futbolçusunun evi qarət edildi

26.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliyanın “Napoli” futbol klubunun braziliyalı hücumçusu Alisson Santos bazar günü xoşagəlməz hadisə ilə üzləşib. Oğrular futbolçunun Culyano-in-Kampaniya şəhərindəki evinə daxil olublar.

İdman.Biz derbyderbyderby.it saytına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Oğrular evdən saatlar və zinət əşyaları götürərək futbolçunun avtomobili ilə ərazidən uzaqlaşıblar. Sonradan avtomobil karabinyerlər tərəfindən Villarikke şəhərində aşkarlanıb.

Hazırda hadisənin dəqiq təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparılır. Hadisədən sonra Neapol prefekturası aqlomerasiyanın şimal hissəsində, xüsusilə yaşayış məhəllələrində və əsas nəqliyyat yollarında patrul xidmətinin gücləndirilməsi barədə göstəriş verib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью