Napolinin gürcüstanlı futbolçusu zədəsini sağaldıb

20.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İtalyanın "Napoli" klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya zədəsini sağaldıb.

"Report" xəbər verir ki, o, A Seriyasının XVII turunda "Cenoa"ya qarşı keçiriləcək matçda meydana çıxa bilər.

23 yaşlı forvard 2 həftə əvvəl "Latsio" ilə üz-üzə gəldikləri oyunda sağ dizindən zədə almışdı.

“Cenoa” – “Napoli” matçı dekabrın 21-də baş tutacaq.

Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsüm 17 oyunda 5 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью