“Napoli”nin kapitanı “Yuventus”la razılaşdı

07.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Napoli”nin futbolçusu Covanni Di Lorenso karyerasını “Yuventus”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, Neapol klubunun kapitanı “qoca sinyora” ilə şəxsi razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte Lorenso ilə danışıb və onu komandada saxlamağa çalışıb. Lakin oyunçu qərarında qəti olduğunu bildirib və “Yuventus”a keçmək istədiyini deyib.

30 yaşlı futbolçu 2019-cu ildən “Napoli”də forma geyinir. O, ötən mövsümdə 36 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью