“Napoli”yə gərək olmadı

10.02.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Covanni Simeonenin aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Napoli” ötən yay “Torino”ya icarəyə verdiyi futbolçunu birdəfəlik satıb. Argentinalı hücumçu Turin klubuna 1 milyon avroya keçmişdi. 30 yaşlı futbolçu ötən müddət ərzində meydana çıxdığın 21 oyunda (1238 dəqiqə) 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Torino” transfer üçün əlavə olaraq 7 milyon avro ödəyəcək. Tərəflər arasındaı anlaşmanın müddəti isə 2028-ci ilin yayına qədərdi.
Maraq üçün Covanninin “Napoli”də 103 oyun keçirdiyini, 14 qol vurub 4 məhsuldar ötürmə etdiyini də xatırladaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью