Napoliyə hə dedi

28.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yuventus"un kapitanı Danilo karyerasını "Napoli"də davam etdirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Neapol təmsilçisi 33 yaşlı müdafiəçiyə müqavilə təklif edib. Danilo isə "Napoli"nin transfer təklifini qəbul edib. Tərəflər bu qış sözləşmə imzalayacaqlar. 

Xəbərdə bu da bildirilib ki, “Yuventus”un baş məşqçisi Tiaqo Motta Danilonu komandasında görmək istəmir. "Napoli"nin çalışdırıcısı Antonio Konte isə təcrübəli braziliyalının transferini şəxsən istəyib.

Qeyd edək ki, cari mövsümdə Danilo "Yuventus"un heyətində 16 matça çıxıb və 1 qolun ötürməsini verib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью