Naqelsman: İstefa vermirəm

30.06.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Naqelsman: "İstefa vermirəm"

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq mundialda mübarizəni dayandırmaqları haqqında danışıb.

QOL.az xəbər verir ki, o, uğursuzluğa baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını deyib. Mütəxəssisin fikirlərini jurnalist-insayder Fabritsio Romano X sosial şəbəkəsində paylaşıb.

“Cinahlardan oyunumuzu qurmaqda çətinlik çəkdik. Matçın gedişində hücumlarımızı sürətləndirməyə çalışdıq və bunun nəticəsində cərimə meydançasında daha çox təhlükəli vəziyyət yaratmağa başladıq. Topa nəzarət bizdə idi, amma kəskinlik çatışmırdı.

Mən istefa vermirəm. Millidə 2028-ci ilə qədər qalmağımı istəsələr, qalacağam. Əgər bunu istəməsələr, komandadan ayrılacağam”.

Qeyd edək ki, Almaniya - Paraqvay görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay 4:3 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью