Naqelsmann Almaniya millisindən ayrıldı

03.07.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naqelsmann Almaniya millisindən ayrıldı

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, qərar DÇ-2026-da uğursuz çıxışdan sonra verilib. Almaniya yığması 1/16 finalda Paraqvaya 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Bildirilir ki, “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya Futbol İttifaqından təklif gələcəyi təqdirdə, millini çalışdırmağa hazırdır.

Qeyd edək ki, 38 yaşlı Nagelsmann Almaniya millisini 2023-cü ildən çalışdırırdı. O, daha əvvəl “Bavariya”, “Leyptsiq” və “Hoffenhaym” klublarının baş məşqçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью