Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
24 yanvar 2026-cı il tarixində “İpək Yolu” İctimai Diplomatiya və İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəyi və Beynəlxalq İpək Yolu Jurnalının təşkilatçılığı ilə Türkiyənin Kuruçeşmə ərazisində yerləşən “Les Ottomans” mehmanxanasında “Türk Dünyası Xidmət Mükafatı” nın 22 – ci dəfə təqdim edilməsi mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, bu mükafata türk dünyasından xidmətlərinə görə müxtəlif sahədən olan şəxslər layiq görülür.
Tədbirdə Türkiyə Respublikası və digər Türk dövlətlərini təmsil edən siyasətçilər, iş adamları, ictimai, elm və mədəniyyət xadimləri iştrak ediblər.
Azərbaycandan bu mükafata Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev və ATV kanalı prezidentinin müşaviri Etibar Babayev laiq görülüblər.
Bu barədə məlumatı isə saytımıza açıqlamasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, mükafatlar Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, Ankara millət vəkili Kürşad Zorlu tərəfindən təqdim edilib.
Mərasimdə digər diqqətçəkən məqamlar da olub.
Belə ki, Naqif Həmzəyev Türkiyə–Azərbaycan qardaşlığının Türk dünyasının birlik ruhunun əsas dayağı olduğunu bildirib.
O cümlədən iş dünyasının tanınmış simalarından Ünal Aysal davamlı investisiya və vizyoner liderliyin önəmini vurğulayıb.
İpək Yolu İctimai Diplomatiya və İqtisadi Əməkdaşlıq Təşkilatının sədri və Beynəlxalq İpək Yolu Jurnalının imtiyaz sahibi Seyfullah Türksoy isə çıxışında İpək Yolunun təkcə tarixi bir xətt olmadığını, bu günün əməkdaşlığı və sabahın ortaq vizyonu olduğunu bildirərək, bu təşkilatın Türk dünyasında qalıcı bağlar, strateji tərəfdaşlıqlar və güclü gələcək perspektivi formalaşdırdığını ifadə etdi.
Maqsud