Nar dan xanım jurnalistlərə fərqli bayram təbriki

08.03.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nar" hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verib. Şirkətin budəfəki təşəbbüsü xanım jurnalistlərin bayramına xüsus yaradıcı rəng qatdı.

Belə ki, "Nar"ın dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında jurnalist xanımlar onlara özəl gil sənətkarlığı master-klassında iştirak ediblər. Onlar gildən bir-birindən fərqli nümunələr yaratmaqla asudə vaxtlarını sənətə həsr ediblər.

Yaradıcı mühitdə, "Nar" və "Yarat" əməkdaşlarının xüsusi diqqəti şəraitində gündəlik qayğılarından uzaqlaşaraq xoş bayram keçiriblər.

Mobil operatorun həyata keçirdiyi digər sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

"Nar" hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Son altı ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan "Nar" müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью