“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosialyönümlü təşəbbüsləri ilə seçilən “Nar” “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir.
Strategiyanın əsas məqsədi mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir.
Layihə çərçivəsində “Nar”ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar.
Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir.
Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün “Nar” ofislərində növbədənkənar xidmət təqdim olunur.
Həmçinin “Elmlər Akademiyası” və “Memar Əcəmi” müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb, giriş-çıxış yolları və infrastruktur bu şəxslərin rahat hərəkətini təmin edəcək şəkildə yenidən qurulub.
Qeyd edək ki, inklüziv cəmiyyətin təşviqi məqsədilə “Nar” 2021-ci ildə ilk onlayn işarə dili lüğəti olan jestdili.az saytı təqdim edib.
Tam oxu
Xəbəri oxu