Narahatam: Xameneiyə hücum olsa... Pezeşkian

14.11.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Xameneiyə hücum rejimi içəridən çökdürə bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikriləri İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında deyib.

Onun sözlərinə görə, İslam Respublikasının sabitliyi tam şəkildə ali rəhbər Əli Xameneyinin təhlükəsizliyindən asılıdır:

“Xameneyiyə qarşı mümkün hücum ölkədə “daxili çöküş və parçalanma” yarada bilər. İyun ayında baş vermiş İran–İsrail müharibəsi dövründə əsas narahatlığım məhz liderə hücum halında ölkə daxilində qarşıdurmanın alovlanması olub. Sistemin zəifləməsi üçün xarici müdaxilə yox, daxili ixtilaflar kifayətdir”.

O, siyasi qrupları birliyə çağıraraq daxili gərginliyin ölkə üçün ən böyük təhlükə olduğunu vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью