Narahatıq: ümid edirik, ABŞın adını dəyişməyəcək Barro

11.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa amerikalı milyarder Elon Maskın planlarından narahat olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, açıqlamanı Fransa xarici işlər naziri Jan-Noel Barro verib.

“Ümid edirik ki, o, ABŞ demokratiyası ilə Tvitterlə etdiyi kimi davranmayacaq. Demokratiya kövrək xəzinədir” – deyə Barro Maskın Tramp administrasiyasında yer almasına reaksiya verib.

O, ABŞ-ı demokratiyanın köklərinə qayıtmağa çağırış edib.

Qeyd edək ki, E.Mask Tvitteri aldıqdan sonra adını dəyişərək X etmiş, bir sıra qaydalar tətbiq etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью