“Narahatlığa heç bir əsas yoxdur” MN

24.11.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

24-28 noyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью