Narazılıq: “Hamı fikirləşir ki, pulumu qazanım, işim getsin” | Icma.az
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Azərbaycanda uşaq futbolunda problemlər davam etməkdədir.
Əsas narahatlıq yaradan amil isə bir çox bölgələrdə uşaqlar üçün şəraitin yaradılmamasıdır.
Son günlərdə əsas müzakirə mövzusu isə Gəncədə olan problemlərdir.
Daha əvvəl “Kəpəz”də Adil Şükürovun rəhbərliyi dövründə məşqçilik edən İlkin Verdiyev hazırda Gəncədə 1 nömrəli Uşaq Gənclər İdman Məktəbində işləyir.
Mütəxəssis “FutbolPress”ə açıqlamasında mövcud problemlərindən söz açdı: “Bizim son illərdə AFFA ilə problemimiz var.
Bizə normal şəraitli stadion, normal otaqları, istiliyi, paltardəyişmə otağı olan yer təşkil etsinlər.
Daha əvvəl Göygöl İdman Kompleksində idik. Orda hər cür şərait var idi, təhlükəsizlik qaydaları yerində, istilik sistemləri də qaydasında.
Sonra gördülər ki, bu, onlara sərf etmir və bizi Gəncəyə göndərdilər. Birinci getmək istəmirdik, 2-3 tur oyunlara çıxmadıq.
Tam oxu
Xəbəri oxu