Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

12.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. 

“Qafqazinfo” Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.

BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirib və o, təşəkkürnamə ilə təltif edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью