Nardaran sakini həci sözünü ucuzlaşdıranları qınadı | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"O vaxtlar" rubrikasının budəfəki qəhrəmanı Nardaran sakini Nöhbala Rəhimov olub.
O, qədim adət-ənənələrimizin unudulmasından gileylənib: "O vaxtlar çox gözəl adət-ənənələrimiz var idi.
Toylarda gəlin aparılanda uşaqlar yolu kəsərdilər. Gəlin gətirən karvan onlara şabaş verərdi.
Həmin günün özəlliyini təkcə ev sahibləri deyil, bütün məhəllə, qohum-qonşular da yaşayardılar. Amma indi belə bir şey yoxdur.
Toylar hansısa şadlıq evində keçirilir, gəlinlə bəyin gəlib-getməsindən heç kimin xəbəri olmur. İndi o adətlər üçün çox darıxırıq".
Nardaran sakini həmçinin "həci" sözünün dəyərdən düşməsindən də narazılığını bildirib: "İndi bəzi şəxslər vəzifə və pullarından istifadə edərək Həcc ziyarətinə gedirlər, lakin müqəddəs əməlləri yerinə yetirmirlər.
Belə qazanılan "həci" adı ilə heç yerə çatmaq olmaz". Ətraflı Baku TV-nin süjetində: Nardaran sakini "həci" sözünü ucuzlaşdıranları qınadı D
Tam oxu
Xəbəri oxu