Nardaranda ATV nin əməkdaşı döyüldü

07.10.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir.

Moderator.az “Report”x9da istinadən xəbər verir ki, qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan”x9d Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.

Bir neçə nəfər “Report”x9d İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью