Nardaranda sakinlərin su problemi həll olunub

22.08.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Nardaran bağları, Şah İsmayıl Xətai küçəsi, 6-cı post adlanan ərazidə sakinlərin su problemi həll olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumatda qeyd olunub ki, sözügedən ünvanda su xəttinin qəzalı hissəsi bərpa edilib.

Xatırladaq ki, 2 gün öncə Sabunçu Rayon İcra Hakimiyyəti kommunal xidmətinin traktorunun yolu təmizləyərkən su borusunu partlatması sakinlərin su problemi ilə üzləşməsinə səbəb olmuşdu.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью