Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nardaran bağları, Şah İsmayıl Xətai küçəsi, 6-cı post adlanan ərazidə sakinlər su problemi ilə üzləşiblər.
Bu barədə Oxu.Az-a sözügedən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Şikayətçinin sözlərinə görə, hadisəyə səbəb dünən günorta saatlarında Sabunçu Rayon İcra Hakimiyyəti kommunal xidmətinin traktorunun yolu təmizləyərkən su borusunu partlatması olub:
Nardaranda traktor sakinləri susuz qoydu
"Traktorun sürücüsü su borusunu qatlayaraq hadisə yerindən uzaqlaşıb. Dünəndən etibarən içmək və ya sanitar qovşaqlarda istifadə etmək üçün su tapa bilmirik. Qəza xidməti şikayətimizə baxmır".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev