Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, məktəbin qarşısına toplaşan şəxslər məktəblərdə vahid geyim forması ilə bağlı məsələni əllərində bayraq edərək açıq-aşkar radikal dini təbliğata yol veriblər.
Kadrlardan aydın görünür ki, məktəbin qarşısında toplaşan bir qrup şəxs tərəfindən "İmam Zaman sənə sadiq əsgərik" kimi şüarlar səsləndirilib. Təhsilin heç bir forması, hər hansı geyim qaydası ilə yaxından uzaqdan əlaqəsi olmayan bu cür ifadələrin İran təbliğatı və açıq-aşkar təxribat cəhdi olduğu şübhə doğurmur.