Nardaranın Ləiş bağlarında suvarma məqsədilə quyu qazılıb

20.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Nardaranın Ləiş bağlarında 18-ci dalan ərazisində suvarma məqsədilə quyu qazılıb.

Bu barədə “Report”a Bakı Abadlıq Mərkəzindən bildirilib.

Qeyd olunub ki, quyu suyu heç bir enerji sərfiyyatı olmadan, dəyirman vasitəsilə çıxarılır.

Eksperiment kimi təqdim olunan ekoloji təmiz layihə sınaqdan yaxşı çıxıb. Dəyirman normal qaydada işləyir, əldə olunan enerji quyuda quraşdırılmış kiçik mühərrikin işə düşməsinə kifayət edir. Suvarma işinə əlavə vəsait sərf edilmir, həm elektrik enerjisinə, həm də içməli suya qənaət olunur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью