Narendra Modi Parisə gedir: 10 milyardlıq müqavilə...

06.01.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistan Baş naziri Narendra Modi fevralda Fransaya səfər etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Hindu” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Parisdə Hindistan Hərbi Dəniz Qüvvələri üçün “Rafale” təyyarələri və “Skorpen” sualtı qayıqlarının alınması ilə bağlı sövdələşmələr bağlana bilər.

Modinin süni intellekt sammitində iştirakı da gözlənilir.

Qeyd edək ki, Modi fevralın 10 və 11-də Fransada keçiriləcək sammitdə iştirak etmək üçün dəvət alıb.

Paris və Yeni Dehli aylardır “Rafale-M” və “Skorpen” sinifli sualtı qayıqların alınması üçün dəyəri 10 milyard dollardan çox olan müqaviləni müzakirə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью