“Nargin: Sona qədər sirli” filminin nümayişi baş tutub l FOTOLAR

01.04.2026

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nümayişdən öncə 31 mart soyqırımı qurbanlarının və Xalq artisti Rasim Balayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək filmin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Ardınca filmin yaradıcı heyəti - prodüser və rejissorlar tamaşaçılarla görüşərək fikirlərini bölüşüblər.
Film Birinci Dünya müharibəsi dövründə Nargin adasında əsir saxlanılan türk hərbçilərinin faciəvi taleyindən və onlara yardım edən Sona xanım Hacıyevanın fədakarlığından bəhs edir. Real tarixi faktlara əsaslanan ekran əsəri həmin dövrün dramatik mənzərəsini, insan talelərini və çətin şəraitdə göstərilən cəsarəti ön plana çıxarır.
Qeyd edək ki, rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadə olan film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Karvan production” tərəfindən istehsal olunub.
AzVision.az Qalereya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью