Narıncı inqilab baş tutmadı Gürcüstanın Baş nazirinin açıqlaması

03.12.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədəki etiraz aksiyalarından danışıb, "maydan" ssenarisinin uğursuz nəticələndiyini bildirib.
Kobaxidze müxalifətin və onun tərəfdarlarının ölkədəki etiraz aksiyalarından bəhs edib. O, asayiş pozanların heç birinin məsuliyyətdən və qanundan yayına bilməyəcəyini söyləyib. Baş nazir etiraz kampaniyasına müxalifət liderlərinin, jurnalistlərin və indiki Prezident Salome Zurabişvilinin qoşulduğunu qeyd edib.
Kobaxidze mütəşəkkil səylətə və resurslardan istifadə olunmasına baxmayaraq Gürcüstanda "maydan" qurulması üçün dördüncü cəhdin boşa çıxdığını vurğulayıb.
Hökumət başçısı müxalifəti təhsil sistemini siyasətə qoşmağa çalışmaqda, televiziyanı ələ keçirməkdə, güc strukturlarına pirotexnika ilə hücumlarla müharibə imitasiyasında ittiham edib.
Hürr Tərcüman
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью