Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Niderland millisi 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində keçirilən yoldaşlıq görüşündə gözlənilməz məğlubiyyətlə üzləşib. Sport24.az xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi komanda Rotterdamda Əlcəzair yığmasına 0:1 hesabı ilə uduzub.
Görüşün taleyini həll edən yeganə qol 86-cı dəqiqədə vurulub. Əlcəzair millisinin heyətində Nabil Bentalebin ötürməsindən sonra Anis Hac Musa fərqlənərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Niderland DÇ-2026-da F qrupunda Yaponiya, İsveç və Tunis ilə qarşılaşacaq. Əlcəzair isə J qrupunda Argentina, Avstriya və İordaniya ilə üz-üzə gələcək.