Narışkin bu faktı təsdiqlədi

27.08.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff ilə onun Moskvaya səfəri çərçivəsində görüş keçirdiyini təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Görüş həqiqətən baş tutub, burada qeyri-adi heç bir hal yoxdur", - deyə S.Narışkin mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

O əlavə edib ki, MKİ rəhbəri ilə keçirilən danışıqlar zamanı xüsusi xidmət orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələlər müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью