Narışkin bu ölkəni hədələdi: Ukraynanın yolunu gedirsiniz

26.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Ukrayna artıq uğursuz dövlətə çevrilib, Moldova da eyni yolla gedir.

Publika.az xəbər verir ki, Narışkin bu barədə MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvada keçirilən müşavirəsində bildirib.

“Qərb dövlətləri Gürcüstanda yeni rəngli inqilab etməyə çalışırlar”, - Narışkin əlavə edib.

O qeyd edib ki, Qərb hər yerdə ya özünü, ya da təzyiq obyektini görür.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью