Narışkin Fidanı təriflədi: Düşüncəli, peşəkar tərəfdaş...

28.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyünü və ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

Axar.az xəbər verir ki, Narışkin bu barədə TASS-a açıqlamasında deyib.

“Bəli. Uzun illər Türkiyə kəşfiyyat xidmətinə rəhbərlik etdiyi üçün bizim çoxillik əlaqələrimiz var. O, çox yaxşı, düşüncəli, böyük təcrübəyə malik peşəkar tərəfdaşdır. Ona görə də onunla görüşmək mənim üçün çox xoş oldu, baxmayaraq ki, o, artıq xarici işlər naziri vəzifəsindədir və ümid edirəm ki, bu, onun üçün də xoşdur”, - Narışkin bildirib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan 26-27 may tarixlərində Rusiyaya səfər etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью