Narışkindən Ermənistana SƏRT XƏBƏRDARLIQ

15.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ermənistan rəhbərliyinə Qərbə həddindən artıq arxalanmamaqla bağlı xəbərdarlıq edib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, Narışkinin sözlərinə görə, İrəvan yalnız Qərbin yardım və dəstəyinə güvənərsə, bu, Ermənistan üçün səhv addım olacaq və ölkədaxili vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
“Əgər Ermənistan rəhbərliyi yalnız hansısa Qərb yardımı və dəstəyinə istiqamətlənərsə, əlbəttə ki, səhv etmiş olacaq.
 

Belə olan halda ölkə daxilində vəziyyət daha da çətinləşəcək. İqtisadi inkişaf baxımından əlavə maneələr və problemlər yaranacaq. Bununla belə, ümid edirəm ki, Ermənistan rəhbərliyi ağıllı davranacaq”, – deyə Narışkin bildirib.


Qeyd edək ki, daha əvvəl digər Rusiya rəsmiləri də Ermənistana oxşar xəbərdarlıqlar ediblər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью