Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı yerüstü zərbələrin "harada olursa olsun", o cümlədən Meksika, Mərkəzi və Cənubi Amerikada endirilə biləcəyini bəyan edib.
"Report" xəbər verir ki, o, bunu "The New York Post"a müsahibəsində bildirib.
"Biz onların marşrutlarını, onlar barədə hər şeyi bilirik. Evlərinin yeri də bəllidir. Kartellərə zərbə vuracağıq", - Tramp qeyd edib.
Amerika lideri vurğulayıb ki, narkotik daşıyan gəmilərə hərbi zərbələr sayəsində ABŞ suda narkotik dövriyyəsinin 97 %-ni məhv edə bilib. O, quruda da eyni uğuru əldə etmək istədiyini dilə gətirib.