Narkokuryerlik edənlər saxlanıldı

24.09.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov barəsində həbs qətimkan təbiri seçilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью