Narkoloji dispanserdə ÖLÜM

12.12.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью