Narkoloqdan XƏBƏRDARLIQ: Siqaret tüstüsünün tərkibində…

22.03.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Psixiatr, narkoloq Ruslan İsayev siqaretin qoxu və dad reseptorlarına mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.

O, bu barədə “Gazeta.Ru”ya danışıb.

Mütəxəssis ilk növbədə tütün tüstüsünün tərkibində olan kimyəvi birləşmələrin təsirini diqqətə çatdırıb. Bu, ağız və burun selikli qişasının daimi qıcıqlanmasına gətirib çıxarır.

İkincisi, isti tüstü selikli qişaya mikro zərər verir və bəzi hallarda yanıqların olması mümkündür. Dilin dad qönçələrinin belə degenerasiyası və atrofiyası, dad çalarlarını ayırd etmək qabiliyyətini azaldır.  (Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью