Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün bəşəriyyəti narahat edən ən ağır problemlərdən biri narkomaniyadır. Məhz buna görə də onun törətdiyi fəsadlara qarşı aparılan mübarizə aktual xarakter daşıyır. Bu istiqamətdə dövlət orqanları mühüm tədbirlər həyata keçirməklə yanaşı, ictimai təşkilatlar da fəallı göstərir. Narkomaniyaya qarşı mübarizə sağlam həyat üçün təminat yaratsa da, hələ əsrin bəlası öz işindədir.
Astara Pedaqoji Kollecində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda baş tutan tədbir də sağlam gələcəyimizlə bağlı idi . Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirdə çıxış edən “Təbiət fənləri” FBK-nın sədri Nisa Əskərova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan dövlət siyasətindən, həyata keçirilən profilaktik tədbirlərdən, narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlardan, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü