Narkomaniya ilə kortəbii mübarizənin fəsadları Reabilitasiya mərkəzlərinə nəzarət varmı? A…
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəzən narkotik və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən özəl reabilitasiya mərkəzləri cəmiyyətdə müəyyən müzakirələr yaradır.
Məsələn, ötən günlərdə “Qurtuluş” reabilitasiya mərkəzinin pasientləri məcbur saxlaması, onların görüntülərini çəkib sosial şəbəkələrdə paylaşaraq məsxərə obyektinə çevirməsi insanlar tərəfindən birmənalı qarşılanmadı.
Təsadüfi deyil ki, “Qurtuluş”la bağlı prokurorluğa şikayət daxil olub.
Hazırda Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi üzrə istintaq gedir.
Maraqlıdır, reabilitasiya mərkəzlərinə nəzarət mexanizmi necə tətbiq edilməlidir?
İnsanların təhlükəsizliyinə, eləcə də onlarla bağlı şəxsi məlumatların məxfiliyinə zəmanət məsələsi necə tənzimlənməlidir?
Sözügedən mərkəzlərdə hansı tibbi protokollarla müalicə aparılır? Suallar çoxdur. Buna görə də müxtəlif qurumların rəyini öyrənməli olduq.
Tam oxu
Xəbəri oxu