Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Metadon mərkəzin Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 163 ünvanında Elmi-tədqiqat Ağciyər xəstəlikləri İnstitunun ərazisində tikilməsi planlaşdırılır.
Görüləcək işlərlə bağlı "Sirius Construction" MMC-yə 849 min 333 manat ödəniş ediləcək.
Qeyd edək ki, Metadon mərkəzi narkotik asılılığından əziyyət çəkən şəxslərə həkim nəzarəti altında əvəzedici terapiya göstərən ixtisaslaşmış tibb müəssisəsidir.
Könül Vəliyeva