Narkotacir ata oğul həbs olundu: ikisi də polis zabitidir

27.01.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Omsk şəhərində narkotik alveri ilə məşğul olan iki keçmiş polis əməkdaşı barəsində hökm çıxarılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki. həmin şəxslər DİN-in təqaüdçüsü olan ata və Omsk vilayəti üzrə DİN-in Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət İdarəsinin keçmiş əməliyyat müvəkkili olan oğludur.

Cinayət fəaliyyəti, prosesə cəlb olunmuş daha bir şəriklə birlikdə, 2018–2020-ci illər ərzində həyata keçirilib. Vəzifə səlahiyyətlərindən və internet şəbəkəsindəki anonimlikdən istifadə edən şəxslər narkotik maddələr alaraq onları onlayn platformalar vasitəsilə genişmiqyaslı şəkildə satıblar. Həmçinin 2,3 kiloqram heroin və 28 qram N-metilfedronun satılmasına cəhd faktı da qeydə alınıb.

İstintaq zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 40-dan çox epizod sənədlərlə təsdiqlənib. Eyni zamanda, təqsirləndirilən şəxslərin ailəsinə məxsus, qohumların adına rəsmiləşdirilmiş onlarla daşınmaz əmlak obyekti və bir neçə avtomobilin olduğu müəyyən edilib.

Məhkəmə ataya 16 il, oğula isə 17 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası və iri məbləğdə cərimə təyin edib. Onlar həmçinin xüsusi rütbələrindən məhrum ediliblər. Hökm hələ qanuni qüvvəyə minməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью