Narkotacirlər ələ keçib

23.10.2026

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

82 kilo narkotik və 6 min həb tutulub

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6 365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью