futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ekvador polisinin keçirdiyi əməliyyat zamanı müsadirə edilən narkotik vasitələrin üzərində “Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haalandın fotosu aşkar olunub.
Futbolpress.az CNN-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 369 kiloqram kokain ələ keçiriblər. Qanunsuz maddələrin digər hissəsinin üzərində isə Argentina yığmasının kapitanı Lionel Messinin şəkli yer alıb.
Məlumata görə, narkotik alverçiləri bağlamaların hansı cinayət şəbəkəsinə mənsub olduğunu bildirmək üçün göndərişləri tez-tez məşhur idmançıların və tanınmış şəxslərin şəkilləri ilə markalayırlar.
Xatırladaq ki, Haaland DÇ-2026-da vurğu 7 qolla bombardirlər yarışında yalnız Lionel Messi (8) və Kilian Mbappedən (10) geri qalmışdı.