Narkotik bitkilər məhv edildi Yardımlıda

18.06.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yardımlıda yabanı halda bitən xeyli narkotik bitki məhv edilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью