Narkotik çəkən məktəbli binadan yıxılıb öldü

30.11.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Sankt-Peterburq şəhərində narkotikin təsirində məktəbli altıncı mərtəbənin pəncərəsindən yıxılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə noyabrın 29-da Dıbenko küçəsində baş verib. Hüquq-mühafizə orqanlarına bir nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər evin pəncərələrinin altında 9-cu sinif şagirdi olan 15 yaşlı yeniyetməni aşkar ediblər. Onu xilas etmək mümkün olmayıb.

Onun yaşadığı mənzildə polis 22 yaşlı gənci yeniyetmə ilə birlikdə qanunsuz maddələrdən istifadə etdiyini aşkar edib.

22 yaşlı şəxs polis şöbəsinə aparılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью