Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Masallıda "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lent.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən T.Əliyev narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib.
Nəticədə həmin şəxsin narkotik vasitədən istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə T.Əliyev inzibati qaydada həbs olunub.