Narkotik daşıyan avtomobillər müsadirə olunsun Deputatdan təklif

16.09.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər:
"Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi leyhinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik. Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və oradan yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik. Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerləri həbs etmək səviyyəsində mübarizə aparırıq. Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq".

Deputat Qüdrət Həsənquliyev narkotikaya qarşı mübarizənin təkmilləşdirilməsini və müəyyən narkotik maddələrin satışının leqallaşdırılmasını təklif edib.

Komitə sədri Arzu Nağıyev isə bildirib ki, qonşu ölkələrdə belə bir praktika tətbiq olunsa da, effektiv nəticə verməyib.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью