Narkotik görə saxlanılan məşhurlardan xəbər var

18.09.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Türkiyədə məşhur simalara qarşı narkotik maddələrlə bağlı yeni əməliyyat həyata keçirilib.

Axşam.az xəbər verir ki, saxlanılan Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeşim Yeşilçimen, Anıl Durmuş, Sayat Zurnacı, Yağız Sabuncuoğlu, Aytaç Kart, Muhammet Kahyaoğlu və Aydan Osmanoğlu tibbi müayinədən keçirildikdən sonra Məhkəmə-Tibb Ekspertizası Müəssisəsinə göndəriliblər.

Qeyd edək ki, Baş Prokurorluğun açıqlamasına əsasən, şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdikləri, istifadəyə şərait yaratdıqları və ya yer təmin etdikləri ilə bağlı şübhəni dəstəkləyən sübutlar əldə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью