Narkotik maddələr beyini necə ələ keçirir? Həkimdən şok AÇIQLAMA

04.02.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Narkotik maddələrin insan sağlamlığına təsiri təkcə birbaşa deyil, həm də dolayısı ilə özünü göstərir. Xüsusilə opium qrupuna aid maddələr ilkin mərhələdə müxtəlif yollarla, o cümlədən siqaret vasitəsilə qəbul edilir. Bu zaman maddə ağız boşluğu, tənəffüs yolları, traxeya, bronxlar və ağciyərlərdən keçərək qana sorulur və nəticədə bütün orqanizmə təsir edir".

Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda vurğuladı.

Həkim bildirir ki, opium maddələrinin ən böyük toksiki təsiri mərkəzi sinir sisteminə, xüsusilə beyinə yönəlir.

"Bu maddələr beyində mövcud olan opioid reseptorlarına təsir göstərərək normadan artıq məmnunluq və eyforiya hissi yaradır. Lakin maddənin təkrar istifadəsi nəticəsində beyində endogen opioidlərin sintezi azalır, zamanla isə tam asılılıq formalaşır", - deyə F.Sadıqov əlavə etdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью