Narkotik satışı ilə məşğul olan şəxs həbs edildi VİDEO

29.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. C.Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, C.Fəhradov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью