Narkotik testi pozitiv çıxan aktyor ağlayaraq serialdan ayrıldı FOTOLAR

28.01.2026

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin məşhur seriallarından sayılan "Kızılcık Şərbəti"ndə "Fatih Ünal" obrazını canlandıran Doğukan Güngör göz yaşları içində serialdan ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğunda açılan cinayət işi çərçivəsində narkotik testi pozitiv çıxdığı üçün serialdan ayrılan Doğukan Güngör həyatının ən ağır gününü yaşadığını gizlətməyib.

Serialı aktyor heyəti çəkiliş meydançasında onun üçün vida tədbiri təşkil edib.

Vida tədbirində göz yaşını tuta bilməyən aktyor deyib: "Həm aktyor, həm də Doğukan kimi, bu, yəqin ki, ən çətin səhnəmdir... Əmin ola bilərsiniz ki, bu ağır vəziyyətdən sənətimə, işimə və şəxsimə, dostlarıma olan sevgiylə,  özünəinamımla çıxacağam"

Hüseyn Namazov

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью