Narkotik vasitə aşkar olunaraq götürülüb

20.02.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,1 kiloqrama yaxın heroin, 14,7 kiloqramdan artıq marixuana və 1,6 kiloqrama yaxın metamfetamin olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.   

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью