Narkotik vasitələr əkib becərən Qəbələ sakini saxlanılıb

12.07.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbələ, 12 iyul, AZƏRTAC

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxs əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubovdur.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью